EN

ÜST amerikanın qurumdan çıxamğına münasibət bildirdi:

“ÜMİD EDİRİK Kİ, ABŞ ÖZ QƏRARINI YENİDƏN NƏZƏRDƏN KEÇİRƏCƏK”

Xatırlayırsınızsa, Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri kəsmək planları ilə bağlı sizə məlumat vermişdik.

ÜST ABŞ-ın təşkilatdan çıxmaq niyyətini elan etməsindən təəssüflənərək, bu məsələyə münasibət bildirib.

Qeyd olunub ki, “ÜST- xəstəliyin köklü səbəblərini aradan qaldırmaq, səhiyyə sistemlərini gücləndirmək, təhlükəli vəziyyətlərdə fövqəladə halların aşkarlanması, qarşısının alınması və onlara cavab verməklə, bütün dünyada insanların, o cümlədən amerikalıların sağlamlığının və təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. 70 ildən artıqdır ki, ÜST və Birləşmiş Ştatlar saysız-hesabsız insanların həyatını xilas edib, ÜST üzvlüyünə töhfə verib və ondan faydalanıb. Bunan əlavə digər Üzv Dövlətlərin iştirakı ilə də ÜST son 7 il ərzində iqtisadi səmərəliliyimizi və ölkələrdə təsirimizi dəyişdirmək üçün öz tarixində ən böyük islahatlar toplusunu həyata keçirib.”, deyə cavabda qeyd olunub. 

“Ümid edirik ki, Birləşmiş Ştatlar öz qərarını yenidən nəzərdən keçirəcək və dünya miqyasında milyonlarla insanın sağlamlığı və rifahı naminə ABŞ ilə ÜST arasında tərəfdaşlığın saxlanılması üçün konstruktiv dialoqu böyük həvəslə gözləyirik” deyə təşkilat rəsmiləri bildirib.

Chosen
11
medicalmedia.az

1Sources