EN

Əsəd təslim ediləcəkmi? TASS xəbər verir...

Hurriyyet.az xəbər verir ki, Rusiya dövlət çevrilişi nəticəsində hakimiyyətdən getmiş eks-prezident Bəşər Əsədi Suriyanın yeni hakimiyyətinə təslim etməyəcəyini, bunun "Rusiya hakimiyyətinin məntiqinə zidd olduğunu" bəyan edib.

Belə bir açıqlamanı Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun rəhbəri, akademik Vitali Naumkin TASS informasiya agentliyinə müsahibəsində verib. 

Naumkin deyib: "Məsələ bundadır ki, Rusiya Suriyanın keçmiş liderinə faktiki olaraq, siyasi sığınacaq verib. Həmin lider idarəsi, rejimi dövründəki bütün böyük qüsurlara baxmayaraq, həmişə Rusiya ilə dost münasibətdə olub, bizə dost kimi yanaşıb".

Hürr Tərcüman

 

Chosen
7
hurriyyet.az

1Sources