EN

Noyerin növbəti mövsümü hansı komandada keçirəcəyi dəqiqləşdi

"Bayern Münhen" əfsanəvi qapıçısı Manuel Noyerlə müqavilənin müddətinin uzadıldığını rəsmən açıqlayıb.

Fanat.Az xəbər verir ki, 38 yaşlı qolkiper daha bir mövsüm - 2026-cı ilin yayına qədər Almaniya nəhəngində çıxış edəcək.

Noyer 2011-ci ilin yayından Münhen klubundadır. O, "Bayern"in heyətində bütün yarışlarda 517 oyun keçirib və 30 kubok, o cümlədən 11 Bundesliqa, 2 avrokubok və 2 UEFA Superkuboku qazanıb.

Noyer bu mövsüm bütün yarışlarda 26 oyuna çıxıb. Qapıçı 23 qol buraxıb və 14 görüşdə qapısını toxunulmaz saxlayıb.

2025/2026 alman veteranının Münhen nəhəngi ilə 15-ci mövsümü olacaq. Müqaviləsinin sonuna kimi, konkret, 2026-cı ilin martında Noyerin 40 yaşı olacaq.

“Bayern” artıq gələcək haqqında düşünür: yanvarın sonunda “Köln”dən 21 yaşlı qapıçı Yonas Urbiq kluba cəlb olunub.

Bundesliqada liderliyini davam etdirən "Bayern Münhen" ən yaxın rəqibini 6 xal qabaqlayır. Münhenlilər növbəti matçını fevralın 7-də evdə “Verder”ə qarşı keçirəcək.

Mirağa

Chosen
6
fanat.az

1Sources