EN

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

31 yanvar tarixində Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi tərəfindən cari il üçün nəzərdə tutulan fəaliyyət planına əsasən doktorant və dissertantlar üçün “Pedaqoji tədqiqatların təşkili və qiymətləndirilməsi texnologiyası” mövzusunda növbəti seminar keçirilib.

Bu barədə Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, seminarın açılışını Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri professor Hümeyir Əhmədov edib.

Seminarda məruzəçi kimi ARTİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadov çıxış edib.

İ.Cavadov məruzəsində “Pedaqoji (təhsil) tədqiqat nədir?”, “Pedaqoji tədqiqatın əsas mərhələləri”, “Pedaqoji tədqiqatın metodologiyası”, “Pedaqoji tədqiqat metodlarının təsnifatı” mövzusunda ətraflı təqdimat edərək “Pedaqoji tədqiqatın (dissertasiyanın) keyfiyyətinin qiymətləndirilməsi meyarları”ndan bəhs edib. Pedaqoji tədqiqatın (dissertasiyanın) keyfiyyətinin qiymətləndirilməsində mövzunun aktuallığı, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyətinin əsas meyar kimi götürülməsinin əhəmiyyətini vurğulayıb.

Seminarın sonunda doktorantları maraqlandıran suallar cavablandırılıb.

 

 

Chosen
21
tehsil.biz

1Sources