EN

Ailə həkimi ixtisasına maraq niyə yoxdur? VİDEO

Ölkədə ailə həkimi ixtisası üzrə tədris həyata keçirilsə də, əksəriyyət bu sahəyə yönəlmək istəmir. Seçimləri daha çox dar ixtisaslar yönündə olur.

Tibb Universitetinin Ailə Təbabəti kafedrasının müdiri İbrahim İsayev deyir ki, sözügedən ixsisas üzrə təklif olunan əməkhaqqı qanedici olmadığına görə, bu sahəyə maraq da ürəkaçan səviyyədə deyil.

İbrahim İsayev bildirir ki, ailə həkimi ixtisasına maraq yaratmaq üçün bir sıra işlər görülməlidir.

Tibbi məsələlər üzrə ekspert Rasif Bağırovun sözlərinə görə, Tələbələrin ailə həkimi ixtisasına yönəlməməsinin səbəblərindən biri də iş yükünün çox olmasıdır.

Ekspert qeyd edir ki, əlavə işlər aradan qaldırılarsa və görülən işə uyğun məvacib təyin olunarsa ailə həkimlərinin sayı arta bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
2
1
xezerxeber.az

2Sources