Bakı.Trend:
Avropa İttifaqı (Aİ) və Moldova respublikanın iki il müddətinəregional ittifaqın enerji bazarlarına tam inteqrasiyası ilə bağlıstrategiyanı razılaşdırıblar.
Trend xəbər verirki, bu barədə Avropa Komissiyasının rəsmi internet səhifəsindəməlumat dərc olunub.
“Strategiyanın iki hədəfi var: Moldovanı etibarsız olan Rusiyaenerji tədarüklərindən (asılılıqdan) qurtarmaq və onu tam olaraqAvropa İttifaqının enerji bazarına inteqrasiya etdirmək”,-bəyanatda qeyd olunur.
Sənəddə qeyd edilir ki, regional ittifaqla razılaşmalarçərçivəsində Kişinyova göstəriləcək maddi dəstək təkcə bu il 250milyon avro təşkil edəcək. Həmin məbləğin 100 milyon avrosunuBrüssel artıq cari ilin aprel ayının ortalarına kimiçatdıracaq.