![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/4/1/0cf0dcd6-0644-4cbf-b2e0-808d1e99ca61/daniel-xelife1.jpg)
Britaniya məhkəməsi keçmiş hərbçi Daniel Xəlifəni İranın xeyrinə casusluq etməkdə və həbsdən qaçmaqda ittiham edərək, 14 il 3 ay həbs cəzasına məhkum edib.
Yeniavaz.com xəbər verir ki, 2023-cü ildə həbsxanadan qaçması ilə beynəlxalq medianın diqqət mərkəzinə çevrilən Xəlifə ötən ilin noyabrında Tehrana casusluq etməkdə təqsirli bilinib.
Hakim Parmjit Kaur Çima-Qrabb fevralın 3-də çıxardığı hökmdə Xəlifəni “təhlükəli axmaq” adlandırıb.
23 yaşlı Xəlifə Londonda anadan olub. O, 2017-ci ildə Britaniya ordusuna qoşulub. Xəlifə tezliklə məlumat toplamağa və onu İran agentlərinə ötürməyə başlayıb. Xəlifə həmçinin İran agentlərini onun orduda çox tez yüksəldiləcəyinə inandırmağa çalışıb. Xəlifə 2023-cü ilin sentyabrında - məhkəmə ərəfəsində London həbsxanasından qaçıb. O, polisin geniş axtarış əməliyyatı zamanı üç gün gizlənməyə müvəffəq olub.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/4/1/5b603910-5f1f-4073-8046-ebc9f4951993/daniel-xelife2.jpg)