AZ

İrana casusluq etmiş keçmiş Britaniya hərbçisinə 14 il iş verildi


Britaniya məhkəməsi keçmiş hərbçi Daniel Xəlifəni İranın xeyrinə casusluq etməkdə və həbsdən qaçmaqda ittiham edərək, 14 il 3 ay həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, 2023-cü ildə həbsxanadan qaçması ilə beynəlxalq medianın diqqət mərkəzinə çevrilən Xəlifə ötən ilin noyabrında Tehrana casusluq etməkdə təqsirli bilinib.
Hakim Parmjit Kaur Çima-Qrabb fevralın 3-də çıxardığı hökmdə Xəlifəni “təhlükəli axmaq” adlandırıb.
23 yaşlı Xəlifə Londonda anadan olub. O, 2017-ci ildə Britaniya ordusuna qoşulub. Xəlifə tezliklə məlumat toplamağa və onu İran agentlərinə ötürməyə başlayıb. Xəlifə həmçinin İran agentlərini onun orduda çox tez yüksəldiləcəyinə inandırmağa çalışıb. Xəlifə 2023-cü ilin sentyabrında - məhkəmə ərəfəsində London həbsxanasından qaçıb. O, polisin geniş axtarış əməliyyatı zamanı üç gün gizlənməyə müvəffəq olub.
Seçilən
5
1
yeniavaz.com

2Mənbələr