EN

“Azərbaycan Dəmir Yolları” ötən ay 700 mindən çox sərnişin daşıyıb

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Bu ilin yanvar ayında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) təxminən 713 min sərnişin daşıyıb.

Operativ Media xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Son 1 ildə qatarla səyahət etmiş xarici turistlərin sayında isə 40 % artım qeydə alınıb.

Ötən ay bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5 355 nəfər sərnişin səfər edib.

Chosen
2
7
operativmedia.az

8Sources