![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/7/4/1/08437f49-0612-4dd5-bb1d-52f8e7291030/zelzele.jpg)
Yanvarın 28-dən bu gün saat 14:00-dək (Bakı vaxtı ilə 15:00 - red.) Egey dənizində 754 zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ fırtınası şəklində inkişaf edən bu fəaliyyət nəticəsində 1 baldan az olan 1 zəlzələ, 1 ilə 2 arasında 109, 2 ilə 3 arasında 293, 3 ilə 4 arasında 294, 4 ilə 5 arasında 57 zəlzələ baş verib.