EN

AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabat... - Qazaxıstan

 

Qazaxıstan Nəqliyyat Nazirliyi yaxın günlərdə Aktau Hava Limanı yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc etmək niyyətindədir, mütəxəssislərin işi son mərhələdədir.

Sitat.info xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında deyib.

“İşlər son mərhələdədir, yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc olunacağını gözləyirik. Mütəxəssislərin işlərini başa çatdırması üçün vaxt lazımdır, çox incə və əziyyətli işdir”, - o bildirib.

O qeyd edib ki, araşdırma işlərində Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycandan mütəxəssislər iştirak edir.

 

Chosen
12
7
sitat.info

9Sources