EN

Orban Macarıstan və ABŞ arasında razılaşmanın hazırlandığını açıqlayıb

Macarıstanın baş naziri Viktor Orban öz Facebook səhifəsində* bildirib ki, Macarıstan ölkələr arasında iqtisadi əlaqələri davam etdirmək üçün ABŞ-la saziş bağlamağı planlaşdırır.

“Biz razılaşma, sövdələşmə etməliyik ki, ABŞ-la iqtisadi əlaqələrimizi qoruyub saxlaya bilək.",-deyə o bildirib.

Orban qeyd edib ki, bu müqavilə ilə bağlı yeni Amerika administrasiyası ilə artıq danışıqlar aparılır.

O, həmçinin “Brüssel xalqının layiq olduqlarını alacağını” vurğuladı və beynəlxalq ticarət qaydalarını dəyişən, USAİD-i bağlayan və “gender”i dəstəkləməkdən imtina edən ABŞ prezidenti Donald Trampın siyasəti ucbatından Avropa İttifaqı üçün çətin günlər olacağını proqnozlaşdırdı"

Daha əvvəl Viktor Orban bildirmişdi ki, Avropa “Tramp tornado”ya görə tam dəlilik içindədir.

 

Nigar

 

Chosen
9
oxu24.com

1Sources