"Neftçi" növbəti matçın hazırlığını başa vurub.  

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi kubokun 1/4 finalında "Kəpəz"lə qarşılaşacaq. 2025-ci ildə heç bir oyuna çıxmayan Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo yenə də, oynaya bilməyəcəklər. Son oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin və Azər Əliyev də Gəncə təmsilçisi ilə görüşü buraxacaqlar.

Qeyd edək ki, “Kəpəz” – “Neftçi” matçı fevralın 5-də saat 16:00-da keçiriləcək.