EN

"Neftçi" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq

"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələis çərçivəsində sabah "Kəpəz"lə qarşılaşacaq.

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Kəpəz”lə ilk oyunun hazırlığını yekunlaşdırıb.

"Operativ Media" xəbər verir ki, “ağ-qaralar” bu gün matçın keçiriləcəyi Tovuz şəhər stadionunda oyunöncəsi son məşqə çıxıb.

Hələ də bərpa dövrü keçən futbolçularımız – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ilə yanaşı, “Şamaxı” ilə oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin, həmçinin səhhəti ilə əlaqədar Azər Əliyev də kubok görüşünü buraxacaqlar.

Fevralın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.

Chosen
6
7
operativmedia.az

10Sources