"Beşiktaş" Əl-Musratini "Monako"ya icarəyə verib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda klubdan verilən açıqlamada deyilir: "Klubumuz "AS Monako" Futbol Klubu və oyunçu ilə peşəkar futbolçumuz Almoatasembellah Ali Mohamed Al Musratinin 2024-2025 mövsümünün sonuna qədər müvəqqəti transferi ilə bağlı razılığa gəlib. Anlaşmaya əsasən, "Monako" satınalma opsiyasına sahib olmaqla, oyunçunun 2024/2025 mövsümünün sonuna qədər maaşını öz üzərinə götürüb".
Fərid Aslan
MİA.AZ