Bu gün Azərbaycan futzal millisi Avro-2026-nın əsas mərhələsi çərçivəsində 3-cü oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda Yunanıstanla qarşılaşıb. Görüş Bakı İdman Sarayında keçirilib və 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, turnir cədvəlində Azərbaycan 2 xalla 3-cü yerdədir. Lider Yunanıstanın 4 xalı var. 2-ci yerdə 3 xalla Xorvatiya, 3-cü yerdə 1 xalla İsveç qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi bundək İsveçlə 3:3 hesablı heç-heçə edib, Xorvatiyaya isə 2:9 hesabı ilə uduzub.
Avro-2026. Əsas mərhələ, 5-ci qrup
20:00. Azərbaycan – Yunanıstan - 2:2
Qollar: O. Rüstəmli, 1, S. Papakostas, 39 - avtoqol - L. Tankas, 15, M. Ntatis, 38
Hakimlər: Telmen Undrakh (Norveç), Yakob Pavlovski (Almaniya), Dag Erik Tangvik (Norveç)
Timekeeper: Ramil Namazov (Azərbaycan)
Bakı İdman Sarayı