![təyyarə](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/30/1/0e999d40-48f1-4ac5-8784-e836903b4303/azal-aktau-teyyare-qezasi.jpg)
“Azərbaycan hakimiyyəti 2024-cü ilin dekabrında Qazaxıstanda qəzaya uğramış Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsini vuran “Pantsir-S” zenit-raket kompleksinin fraqmentini tapıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.