EN

Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadnaməsini Baş katibə təqdim edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT)yanında daimi nümayəndəsi Tofiq Musayev bu gün etimadnaməsinitəşkilatın Baş katibi Antonio Quterreşə təqdim edib.

Trend xəbər verirki, görüş zamanı Tofiq Musayev Azərbaycana son səfərlərinə vəBakıda İqlim Sammitinin uğur qazanmasında əvəzsiz roluna görə Başkatibə təşəkkürünü bildirib. Daimi nümayəndə Azərbaycanın BMT-yədavamlı dəstəyini və təşkilatın məqsəd və prinsiplərinəuzunmüddətli sadiqliyini qeyd edib.

O, həmçinin Azərbaycanın sülh və ədalətin təşviqinə, beynəlxalqhüququn möhkəmləndirilməsinə, çoxtərəflilik prinsipinin təbliğinəvə dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsinə öz töhfəsiniverməyə davam etmək əzmini vurğulayıb.

Azərbaycanın
Azərbaycanın
Chosen
9
9
az.trend.az

10Sources