Qeyd edək ki, üsyançılar bundan əvvəl Şimali-Kivu əyalətinin paytaxtı Qoma şəhərini mühasirəyə almışdılar.Qoma şəhəri 2012-ci ildə üsyançıların nəzarətinə keçsə də, təhlükəsizlik qüvvələri tərəfindən geri alınıb. Konqo Demokratik Respublikası Ruandanın qızıl, koltan və kobalt kimi minerallarla zəngin əraziləri öz maraqları naminə işğal etməyə çalışan üsyançılara dəstək verdiyini irəli sürür. Ruanda bu iddiaları rədd edir.