EN

Bu da təsadüfi deyil...

Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir.

SeherXeber.org xəbər verir ki, bu barədə Suriyanın müvəqqəti hökumətinin prezidenti Əhməd əş-Şara Ankarada Türkiyə Prezidenti Rəcəb Ərdoğanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Suriya xalqı Türkiyənin son illərdə ölkəyə verdiyi töhfələri heç vaxt unutmayacaq.

"Prezident Ərdoğanın Suriyada keçid prosesinin uğurlu olması üçün göstərdiyi səyləri və istəyini yüksək qiymətləndiririk", - deyə o bildirib.

Chosen
7
8
seherxeber.org

9Sources