EN

“Neftçi” “Kəpəz”lə oyuna 6 itki ilə çıxacaq

"Neftçi" ölkə kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Kəpəz”lə ilk oyunun hazırlığını başa vurub.

“Football-plus.az” xəbər verir ki, "ağ-qaralar"ın hələ də bərpa dövrü keçən futbolçuları – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ilə yanaşı, “Şamaxı” ilə oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin, həmçinin səhhəti ilə əlaqədar Azər Əliyev də kubok görüşünü buraxacaqlar.

Qeyd edək ki, fevralın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.

Chosen
5
7
football-plus.az

10Sources