EN

200 min il yaşı olan meqapolis kəşf edilib

200

Arxeoloqlar Afrikada 200 min ilə qədər yaşı olan qədim metropolun qalıqları ola biləcək sirli xarabalıqlar tapıblar. Əgər fərziyyələr elmi baxımdan tamamilə öz təsdiqini taparsa, bu, Yer kürəsində ən qədim sivilizasiyanın kəşfi olacaq.

Reyting.az
-ın məlumatına görə, xarabalıqları ilk dəfə bir neçə nəfər, yerli fermerlər aşkar ediblər və onların 13-cü əsrdə Bantu tayfaları tərəfindən tikilmiş mal-qara tövlələrinin qalıqları olduğuna inanıblar.

Bununla belə, peyk təhlili göstərib ki, bu, 10 min kvadrat kilometrədək ərazisi olan böyük, həmçinin memarlığına görə dəqiq və çox diqqətlə hazırlanmış bir şəhərin, ya qəsəbənin sahəsində tikilmiş binaların kompleksi də ola bilər.

Tədqiqatçıların fikrincə, bu yeni kəşf, bir sıra şəhər aqlomerasiyalarının birləşməsi nəticəsində əmələ gələn ən böyük məskunlaşma formasının nadir nümunəsi hesab edilməlidir. Alimlər bildiriblər ki,araşdırmalar hələ də davam edir.

Bu yeni tapıntı ilə bağlı ilkin araşdırmalar isə ilk dəfə "Scribd" platformasında dərc olunub.

Oqtay QORÇU
Chosen
10
reyting.az

1Sources