EN

Görəsən eyni anda bu məlumatı açıqlamaq hansı qüvvələrə lazım olub

Beləliklə, AZAL-ın vurulan təyyarəsi ilə bağlı ilkin hesabat gözləntiləri doğrultmadı

Qazaxıstan tərəfin hazırladığı ilkin Hesabatda təyyarəmizin Rusiya HHM tərəfindən vurulması faktı yoxdur. Kənar təsirlərdən, yad cisimlərdən söhbət gedir.

Görünür ki, Qazaxıstan üçün də çətin olub. Hesabatda ancaq "quş sürüsü", "qaz balonu" iddiaları da təsdiqlənməyib.

Maraqlıdır ki, belə bir hesabat dərc olunan anda bizim mediada AZAL-ın təyyarəsinin Rusiya HHM tərəfindən, Pansir-S1 ilə vurulması haqqında Azərbaycan hökumətinə istinadla Röyters-in məlumatı açıqlanıb.
Görəsən eyni anda bu məlumatı açıqlamaq hansı qüvvələrə lazım olub.

Beləliklə, bu nəhənglikdə ölkə, müttəfiq ölkə üzrxahlıq etmədi , məsuliyyəti üzərindən atdı.
Belə olan halda kompensasiya, bu cinayəti edənlərin cəzalandırılmasını da gözləməyə dəyməz.

Görünən , diqqət cəlb edən bu oldu ki, Prezident son ana qədər dirəşdi müttəfiq ölkənin üzrxahlığı və etirafı üçün, ümid etdik ki bu baş tutacaq. Lakin görünür ki, hesablamalar doğru olmayıb.
Ən azı hələlik görünən budur.
Rusiya son zamanlar çoxları ilə qırılıb. Görünür ki başları qarışıb öz vəziyyətlərinə.

İndi nə etməliyik?
Güman ki, beynəlxalq qurumlara üz tutmaq, beynəlxalq müstəvidə ədaləti axtarmaq məntiqli olardı.
Beynəlxalqda da aləm qarışıb, ədaləti güc əvəzləyib. İstənilən halda başqa yol, başqa seçim bizə qoymayıblar. Qazaxıstanla da dirəşməyin yeri yoxdur.

Ümid edirəm baş verənlərdən cəmiyyət və dövlət olaraq ibrət dərsləri götürə biləcəyik.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources