Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da olacaq.