EN

ABŞ BMT-nin İnsan Haqları Şurasındançıxdı

ABŞ Prezidenti Donald Tramp ölkənin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxması ilə bağlı fərman imzalayıb. SİA bu barədə Ağ Evin mətbuat xidmətinə istinadla xəbər verir.

Sənədə əsasən, ABŞ Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) tərkibindən də çıxıb.

ABŞ artıq Trampın ilk dövründə BMT İnsan Hüquqları Komissiyasından çıxmışdı. Vaşinqton uzun müddətdir ki, şuranı İsrailə qarşı qərəzli olmaqda və insan haqlarını pozan hökumətləri ört-basdır etməkdə ittiham edir.

Yanvar ayında BMT Baş katibinin daimi nümayəndəsinin müavini Farhan Haq ABŞ-ın BMT-yə ümumi borcunun 2,8 milyard dollara çatdığını bildirib .

Keçən ay Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması haqqında sərəncam imzalayıb.

O, ölkənin ikinci dəfə ÜST-dən çıxması haqqında fərman imzalayıb. 2020-ci ildə ABŞ prezidenti təşkilatın koronavirus pandemiyasını pis idarə etdiyini hiss edib.

Chosen
16
1
sia.az

10Sources