EN

Bakıda məktəbli avtobuslarının təşkili nə vəd edir? -ŞƏRH

Bakı. Trend:

Azərbaycanda ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrindətəhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəbavtobusları”ndan istifadə təşkil olunacaq.

Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərindəvə ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün DövlətProqramı"nda deyilir.

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət PedaqojiUniversitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzininrəhbəri Kamran Əsədov bildirib ki, Azərbaycandaməktəb avtobuslarının istifadəyə verilməsi təhsil və nəqliyyatsahəsində ciddi dəyişikliklərə səbəb olacaq bir təşəbbüsdür.

"Bu sistemin tətbiqi bir neçə mühüm aspektdə müsbət təsirgöstərəcək: şagirdlərin təhlükəsizliyi, yol hərəkətində intizamınartırılması, nəqliyyat sıxlığının azaldılması, valideynlər üçünəlavə rahatlıq və ekoloji faydalar. İnkişaf etmiş ölkələrintəcrübəsi göstərir ki, məktəb avtobuslarının tətbiqi həmşagirdlərin rifahına, həm də şəhər infrastrukturunun daha səmərəliişləməsinə xidmət edir".

K.Əsədov vurğulayıb ki, məktəb avtobusları, ilknövbədə, şagirdlərin təhlükəsizliyini təmin edir.

"Xüsusilə ibtidai və orta məktəb şagirdləri üçün bu sistemvacibdir, çünki onlar fərdi nəqliyyat vasitələrindən və ya ictimainəqliyyatdan istifadə edərkən müəyyən risklərlə qarşılaşa bilərlər.Piyada keçidlərində qəza ehtimalı, şəhər nəqliyyatında sıxlıq vəxaos, eləcə də valideynlərin daim övladlarının yol təhlükəsizliyiilə bağlı narahatlığı məktəb avtobuslarının əhəmiyyətini artırır.Avtobuslar xüsusi marşrutlarla hərəkət etdiyindən və təcrübəlisürücülər tərəfindən idarə olunduğundan, şagirdlərin evdən məktəbəvə məktəbdən evə təhlükəsiz şəkildə çatdırılması təmin edilir".

Mərkəz rəhbəri qeyd edib ki, bununla yanaşı, məktəbavtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatındakı tıxaclarıazaltmağa kömək edəcək.

"Hazırda Bakı və digər iri şəhərlərdə səhər saatlarında və dərsbitdikdən sonra yollarda ciddi sıxlıq müşahidə olunur. Bunun əsassəbəblərindən biri valideynlərin övladlarını fərdi avtomobillərləməktəbə aparıb-gətirməsidir. Məktəb avtobuslarının tətbiqi ilə buyük azalacaq, yollar daha az yüklənəcək və nəqliyyat axını dahasəmərəli təşkil olunacaq. Həmçinin, bu sistem sürücülərin yolhərəkəti zamanı məktəblərin qarşısında nizamsız dayanma hallarınınqarşısını alacaq və piyadaların təhlükəsizliyini artıracaq.

Məktəb avtobuslarının başqa bir üstünlüyü valideynlər üçün əlavərahatlıq yaratmasıdır. Hal-hazırda bir çox valideyn iş saatlarınauyğun olaraq övladlarını məktəbə aparmaq və gətirmək üçün ciddivaxt itkisi ilə qarşılaşır. Xüsusilə səhər saatlarında həm işə, həmdə məktəbə yetişmək üçün sıxlıqla mübarizə aparmaq çətinlikyaradır. Məktəb avtobusları bu problemi həll edərək valideynlərəgündəlik planlamalarını daha rahat tənzimləmək imkanı verəcək. Eynizamanda, yanacaq və nəqliyyat xərclərinin azalması da ailəbüdcəsinə müsbət təsir edəcək.

Ekoloji baxımdan məktəb avtobuslarının istifadəsi böyüküstünlüklər təmin edir. Şəhər daxilində fərdi avtomobillərin çoxolması təkcə tıxac yaratmır, həm də havanın çirklənməsinə səbəbolur. Şəxsi avtomobillərlə müqayisədə məktəb avtobusları daha çoxşagirdi eyni vaxtda daşıdığı üçün karbon qazı emissiyasını azaldırvə ekoloji tarazlığı qoruyur. Bu yanaşma xüsusilə inkişaf etmişölkələrdə tətbiq edilir və şəhər ekosisteminin qorunmasına töhfəverir.

Məktəb avtobuslarının tətbiqi dünya təcrübəsində geniş yayılmışbir sistemdir və təhsil sahəsində böyük uğurlar qazanan ölkələr bumodeli uzun illərdir tətbiq edir. ABŞ-də məktəb avtobusları dövləttərəfindən ciddi qaydalarla tənzimlənir. Xüsusi sarı rəngliavtobuslar təhlükəsizlik siqnalları və dayanma işarələri ilə təchizolunur, sürücülərin isə xüsusi təlim keçməsi tələb olunur. Yolhərəkəti qaydalarına görə, məktəb avtobusu dayanarkən digərnəqliyyat vasitələri də dayanmalı və şagirdlərin təhlükəsiz şəkildəenib-minməsinə şərait yaratmalıdır. Kanada və Avstraliya kimiölkələrdə də bu sistem uğurla tətbiq edilir. Almaniya və Fransakimi Avropa ölkələrində isə məktəb avtobusları xüsusi nəqliyyatdəhlizlərində hərəkət edir və şagirdlər üçün əlavə rahatlıq təminedir.

Azərbaycanda bu sistemin tətbiqi üçün bəzi hüquqi vəinfrastruktur məsələlərinin həlli vacibdir. Avtobus marşrutlarınınmüəyyən edilməsi, sürücülərin xüsusi hazırlıq keçməsi, avtobusdayanacaqlarının təhlükəsiz və rahat şəkildə yerləşdirilməsi vəavtobusların müasir tələblərə uyğun şəkildə təchiz olunması mühümamillərdir. Bundan əlavə, valideynlərin bu sistemə inteqrasiyasıüçün maarifləndirmə işləri aparılmalı, məktəb avtobuslarınınistifadəsinin üstünlükləri geniş izah edilməlidir.

Məktəb avtobuslarının tətbiqi təhsil sisteminə də müsbət təsirgöstərəcək. Şagirdlərin məktəbə vaxtında və nizamlı şəkildə gəlməsionların dərsə davamiyyətini artıracaq, gecikmələrin vəintizamsızlığın azalmasına səbəb olacaq. Bu isə təhsilinkeyfiyyətinə müsbət təsir edəcək və məktəb intizamını daha sistemlihala gətirəcək. Əlavə olaraq, məktəb avtobusları xüsusilə rayon vəkənd yerlərində yaşayan şagirdlər üçün böyük rahatlıq yaradacaq.Uzaq məsafələrə piyada və ya çətin nəqliyyat şərtləri ilə gedənşagirdlər üçün bu sistem daha əlçatan təhsil imkanlarıyaradacaq.

Bütün bu müsbət təsirləri nəzərə alaraq, məktəb avtobuslarınınistifadəyə verilməsi təhsil və nəqliyyat sahəsində inqilabi biraddım olacaq. Əgər bu sistem uğurla tətbiq edilərsə, həmşagirdlərin təhlükəsizliyi təmin ediləcək, həm də şəhərinfrastrukturunda müsbət dəyişikliklər baş verəcək. Azərbaycanıntəhsil strategiyasının bir hissəsi kimi məktəb avtobuslarının geniştətbiqi ölkənin gələcək inkişafına töhfə verəcək və təhsilprosesini daha rahat, təhlükəsiz və effektiv hala gətirəcək.

Dövlət Proqramına əsasən, 2025−2030-cu illər ərzində buistiqamətdə təhlillər aparılıacaq, ehtiyaclar müəyyən olunacaq vəümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsilalanların daşınması üçün "məktəb avtobusları"ndan istifadə olunmasıtəmin ediləcək".

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovisə Trend-ə bildirib ki,Azərbaycanda məktəb avtobuslarından istifadənin ilk növbədə özəlməktəblərdə təmin edilməsi gözlənilir.

"Bəzilərində avtobuslar olsa da, bu say çox azdır. Bakınınmərkəzindən kənarda yerləşən yerlərdə valideyinlər müəyyən qədərödəniş etməklə övladlarının məktəbə gedib-gəlməyi üçün avtobuskirayələyirlər. Lakin bu hallar kütləvi deyil. Gələcəkdə "məktəbavtobusları"ndan istifadənin təmin edilməsi yollarda sıxlığın vənəqliyyat vasitələrinin azalmasına səbəb olacaq. Biz bununüstünlüklərinin şahidi olacağıq. Belə avtobusların əsasüstünlüklərində biri də valideyinlər övladlarının belə avtobuslardarahat gediş-gəlişi üçün əmanət edə biləcəklər. Uşaqlarınvalideynləri işə gedərkən onları təhlikəsiz şəkildə məktəbəçatdırmaq üçün əlavə narahatlıqlarından azad olarlar", - deyə oqeyd edib.

Məqalədə:
Chosen
5
6
az.trend.az

7Sources