EN

Ağ evdə Trampla Netanyahu arasında görüş olub

Ağ evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Netanyahu Trampın andiçməsindən sonra onunla görüşən ilk dünya lideridir. Görüş zamanı Qəzza zolağında atəşkəsin gələcəyi və İsrail-Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinə yenidən təkan verilməsi məsələsi müzakirə edilib.

Görüş öncəsi Tramp media qarşısında çıxış edərək fələstinlilərə xoşbəxt ola biləcəkləri və güllələnməyəcəkləri evlərə köçməklə Qəzzanı tərk etmələri təklifini səsləndirib.

Chosen
33
6
xezerxeber.az

10Sources