EN

Ötən il  "AzerGold" ixracdan 176 milyon dollar qazanıb - GƏLİRLƏR 41% ARTIB

2024-cü ildə "AzerGold" QSC 175,8 milyon dollar dəyərində məhsul ixrac edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Hesabata əsasən "AzerGold" QSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 3-cü yerdə durur.

Həmin göstəricinin həcmi 2023-cü il ilə müqayisədə 51,2 milyon  dollar və ya 41,1% çoxdur.

Qeyd edək ki, 2023-cü il ərzində "AzerGold" MMC 124,6 milyon dollar dəyərində məhsul ixrac edib.

Chosen
4
fed.az

1Sources