EN

İmamverdi İsmayılov haradadır?

“Altı ay ərzində deputat İmamverdi İsmayılovun fəaliyyəti barədə məndən soruşulursa, deməli, vəziyyət məlumdur. Bu gün də, Zəngilan və Qubadlı sakinləri hər hansı mövzuda sualları olanda ilk mənimlə əlaqə saxlayırlar. Sadəcə, etik səbəblərdən adlar çəkməyim doğru olmaz. Məsələn, bu dairənin sakinlərini, xüsusən, Qubadlı camaatını ən çox düşündürən suallardan biri köç prosesinin nə zaman başlayacağıdır. Nə rəsmi, nə qeyri-rəsmi olaraq heç bir məlumat ala bilmirlər. Vətəndaşların problemləri yuxarı instansiyalara çatdırılmır. Çox kiçik bir sorğu keçirməklə vəziyyətin nə yerdə olduğunu, deputata qarşı münasibətlərinin necəliyini aydınlaşdıra bilərsiniz”.

 

Bu sözləri Pravda.az-a jurnalist, deputatlığa keçmiş namizəd İntiqam Valehoğlu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatı İmamverdi İsmayılovun fəaliyyəti barədə danışarkən deyib.

“Seçicilər, ümumiyyətlə, deputata müraciətin faydasız olduğunu bildikləri üçün belə bir addım atmırlar. Əgər Zəngilandan olan şəhidin dəfnində başqa rayonun deputatı iştirak edirsə, artıq şərhə ehtiyac yoxdur. Bu müddət ərzində xeyir-şər məclislərində gördüyüm həmyerlilərimdən “İmamverdi İsmayılovu gördüm” deyənini eşitməmişəm. Hətta dairənin nəticələrini böyük çətinliklə bu adamın xeyrinə saxtalaşdırmaqda böyük "əməyi" olan şəxslər sonradan məndən üzrxahlıq edirlər”, - o bildirib.

 

Xatırlatma: İntiqam Valehoğlu 2024-cü ilin 1 sentyabrında Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin bitərəf namizədi kimi İmamverdi İsmayılovun ən güclü rəqibi idi. İ.İsmayılov 7-ci dəfə də deputat olub.

 

Aytəkin Qardaşova


Chosen
3
1
azia.az

2Sources