EN

Səhiyyə Nazirliyi Tokioda keçirilən səhiyyə sisteminin idarə edilməsində müasir korporativ yanaşmalara dair təlimlərə qatılıb (FOTO)

Bakı. Trend:

Yanvarın 13-dən fevralın 1-dək Tokio şəhərində YaponiyaBeynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) və Yaponiya Milli İctimaiSəhiyyə İnstitutunun birgə təşkilatçılığı ilə “Səhiyyə sistemininidarəedilməsi (Liderlik və İdarəçilik)” adlı Biliklərin BirgəYaradılması təlim proqramı keçirilib.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim proqramının əsas məqsədi səhiyyə sahəsindəolan çağırışlara idarəçilik perspektivindən baxış və sistematikqiymətləndirmə bacarıqlarının formalaşdırılması olub.

12 iştirakçı ölkədən səhiyyə sahəsində tənzimləyici qurumlardaçalışan, idarəçiliyin təşkili və siyasətin formalaşmasına cavabdeholan əməkdaşların iştirak etdiyi təlim proqramında AzərbaycanıSəhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri RamikQuliyev təmsil edib.

Proqram çərçivəsində səhiyyə sisteminin gücləndirilməsinəyönələn və müxtəlif aspektləri əhatə edən (universal səhiyyəəhatəsi, innovativ səhiyyə strategiyaları, tibb xidmətlərininkeyfiyyəti və maliyyələşdirilməsi, tibbi-sosial məsələlər, liderlikbacarıqları) mühazirələr dinlənilib, təlimlər təşkil olunub, habeləYaponiya və iştirakçı ölkələrin təcrübəsi ilə tanış olmaq məqsədilətəcrübə mübadiləsi aparılıb.

Təlimin gedişatında iştirakçılar Yaponiyanın müxtəlifşəhərlərində fəaliyyət göstərən inzibati, tibbi və sosialmüəssisələrin işi ilə yaxından tanış olublar.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Chosen
30
2
az.trend.az

3Sources