Yazıçı-jurnalist Bəhram Çələbi 79 yaşında vəfat edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya mərhumun həyat yoldaşı məlumat verib.
Bildirilib ki, o, dünən gecə saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, B.Çələbi Şəki şəhər qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, B.Çələbi 1946-cı ildə Şəkidə anadan olub. O, bir müddət Şəki şəhərində müxtəlif vəzifələrdə çalışıb və 1980–1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. Kriminal mövzularda kitabların müəllifidir.