EN

Azad edilən ərazilərdə iqtisadi aktivliyin bərpası sürətləndirilib

2024-cü ildə Sahibkarlığın İnkişafı Fondunun ayırdığı subsidiyalar Qarabağ və Şərqi Zəngəzurda sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrində müxtəlif layihələrin reallaşdırılmasını təşviq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.

“Sahibkarlığın inkişafına dövlət dəstəyi ölkəmizdə kiçik və orta biznesin inkişafını, məşğulluğun artmasını və işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpasını sürətləndirir”, nazir bildirib.


Müəllif: Mirvari Əzizova
Chosen
21
teleqraf.com

1Sources