EN

Cəbrayıl şəhərciyində narkotik: Qadın həbs olundu

Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın həbs edilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb. Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Chosen
7
4
yenisabah.az

5Sources