EN

HƏMAS-dan Trampa sərt reaksiya

ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı son açıqlamasını rədd edirik.

Yenicag.az Türkiyə mediasına istiandən xəbər verir ki, bunu HƏMAS sözçüsü Sami Əbu Zühri deyib.

“Biz bunu regionda xaos və gərginliyin resepti kimi görürük. Qəzza xalqı bu planın reallaşmasına icazə verməyəcək. Lazım olan xalqımızın öz torpaqlarından qovulması deyil, xalqımıza qarşı işğal və təcavüzün sona çatmasıdır”, – Zühri bildirib.

Qeyd edək ki, D.Tramp Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, hətta ABŞ hökumətinin lazım gələrsə, Qəzzaya qoşun göndərəcəyini bildirib./axar.az

Chosen
5
3
yenicag.az

4Sources