EN

Yaxın Şərq üzrə beynəlxalq konfrans iyunda Nyu-Yorkda keçiriləcək

Yaxın Şərq üzrə beynəlxalq konfransın 2025-ci ilin iyununda Nyu-Yorkda keçirilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Fələstinin Moskvadakı səfiri Əbdül Hafiz Nofəl TASS-a bildirib.

"Konfransa gəlincə - o, iyunda Nyu-Yorkda keçiriləcək. Ümumiyyətlə, nəsə etmək, müharibəni dayandırmaq lazımdır. Bu, iki dövlətin razılaşması əsasında olmalıdır. Bir çox ölkələr, o cümlədən Rusiya bu məsələnin arxasında dayanır, - o bildirib.

Səfirin sözlərinə görə, konfrans həmçinin Qəzza zolağının bərpası prosesini başlatmaq üçün çağırılmalıdır. Nofəl qeyd edib ki, bunun üçün Qəzzaya minimum 80 milyard dollar lazımdır.

"Biz İsrailin mövqeyini dəqiq bilirik. Onlara Qəzza lazım deyil, onlar üçün ən böyük problem İordan çayının Qərb sahilidir. Amma İsrail 15 aydan çoxdur ki, Qəzzaya hücum edir və heç kim onları hələ də dayandıra bilmir. Ümid edirik ki, ABŞ, Rusiya, Çin, avropalılar da daxil olmaqla, bütün ölkələr ortaq məxrəcə gələ biləcəklər. Çünki Qəzzada çox iş görmək lazımdır, - o qeyd edib.

“Birincisi, müharibəni dayandırmaq. İkincisi, insanların yaşaması, yemək əldə etməsi üçün sərhədləri açmaq. Üçüncüsü, Qəzzada girovların azad edilməsi prosesi hələ normal gedir. Dördüncüsü - ən vacib məsələ - Fələstin hakimiyyəti Qəzzaya geri qayıtmalıdır. Bu, Qəzzada müharibəni dayandırmağa imkan verən yeganə variantdır. Beşincisi - Qəzzanı yenidən qurmaq üçün beynəlxalq konfrans çağırmaq zəruridir. Qəzzaya minimum 80 milyard dollar lazımdır".

Chosen
3
report.az

1Sources