EN

Masallının bu kəndlərinin işığı KƏSİLƏCƏK

Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən bir sıra kəndlərdə 35 kV-luq "Qarğalıq" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 5-də elektrik xətləri sifarişə əsasən açılacaq.

"Azərişıq"dan Modern.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək rayonun Xırmandalı, Şəhriyar, Hacıtəpə, Köcəkli, Məmmədxanlı kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
10
25
modern.az

10Sources