EN

"Rus ruleti" 32 yaşlı qadının sonu oldu

Rusiyanın şimalında 32 yaşlı qadın məşhur oyunun qurbanı olub.

AZXEBER.COM xarici mtbuata istinadən xəbər verir ki, Rusiyada yaşayan və iki uşaq anası olan 32 yaşlı Anastasiya \"Rus ruleti\" oyununun qurbanı olub.
 
Belə ki, evdə təşkil olunan yığıncaq zamanı spirtli içki qəbul edən qadın dostunun yeni aldığı silahla zarafat edib.
 
Silahın boş olduğunu düşünən Anastasiya lüləni alnına qoyub və dostundan tətiyi çəkməsini istəyib.
 
Vladislav da silahın boş olduğuna inanaraq tətiyi çəkdi.

Ağır xəsarət alan 32 yaşlı qadın dərhal şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq iki günlük həyat mübarizəsindən qalib çıxa bilməyib.

Gülay
Chosen
35
1
azxeber.com

2Sources