EN

Hakan Fidan Trampın Fələstinlə bağlı planını tənqid etdi - "Yolverilməzdir"

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlamalarını sərt tənqid edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, fələstinlilərin yerdəyişməsinin belə müzakirə edilməsini səhv adlandıran Hakan Fidan \"Bu, nə bölgənin, nə də bizim qəbul edə biləcəyimiz bir vəziyyətdir\" deyərək Trampın Fələstinlə bağlı mövqeyini tənqid edib.
 
Fələstin məsələsinin kökünün məcburi köçkünlükdə olduğunu xatırladan Fidan \"Fələstin məsələsi məhz bu səbəbdən başladı. Fələstinlilər öz torpaqlarından sürgün edildi və onların yerinə İsrail dövləti yaradıldı. İndi yenidən yerdəyişmə ehtimalından danışmaq da özlüyündə problemlidir.

İki dövlətli həll yolunun beynəlxalq ictimaiyyətdə qəbul edildiyini ifadə edən türkiyəli nazir bildirib:
 
\"Bir neçə ölkə İsraili tam olaraq tanımır, lakin ümumi tendensiya 1967-ci il sərhədlərinə əsaslanan və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması istiqamətindədir. Tam suverenliyə malik dövlətin mövcudluğu bu problemi böyük ölçüdə həll edəcək\".
 
Bununla belə, o vurğulayıb ki, İsrail və onun ən böyük dəstəkçisi olan ABŞ-nin bu həlli dəstəklədiyinə dair heç bir əlamət yoxdur.

\"Biz indi görürük ki, cənab Tramp müəyyən öhdəlikləri səsləndirməkdə tərəddüd edir. Onun iki dövlətli həll üçün iradə nümayiş etdirdiyini söyləmək mümkün deyil\" - deyə nazir Trampın ikiüzlü siyasətini ifşa edib.
 
Fidan çıxışının sonunda deportasiyanın variant kimi müzakirə edilməsinin belə düzgün olmadığını vurğulayıb.

\"Məncə, bu barədə düşünmək belə pisdir, vaxt itkisidir. Hətta bu məsələni müzakirəyə açmaq belə düzgün deyil”, - deyən nazir beynəlxalq ictimaiyyətin daha aydın mövqe göstərməli olduğunu qeyd edib.

Mikayıl
Chosen
17
33
azxeber.com

10Sources