EN

Azərbaycanın turizm sənayesi EMITT-2025 sərgisində xarici bazara açılır

Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində işinə başlayan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2025”) təbliğ olunur.

Dövlət Turizm Agentliyindən Fins.az-a verilən məlumata görə, sərgi çərçivəsində milli stenddə 10 yerli turizm sənayesi nümayəndəsi və "Azərbaycan Hava Yolları" QSC təmsil olunur. Ziyarətçilərə Azərbaycanın turizm imkanları, o cümlədən qastroturizm, şərabçılıq, qış turizmi və dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan maddi mədəni irs nümunələri barədə ətraflı məlumat təqdim olunur. Həmçinin Türkiyə və digər ölkələri təmsil edən turizm sektoru nümayəndələri ilə B2B formatında görüşlər təşkil edilir.

Dünyanın beş böyük turizm sərgisindən biri hesab olunan EMITT-2025 sərgisində 95 ölkə təmsil olunur.

Qeyd edək ki, 2024-cü ildə Türkiyə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşıb. Ötən il ərzində Türkiyədən ölkəmizə 426 241 nəfər olmaqla 2023-cü ilin rəqəmlərindən 13 faiz çox ziyarətçi gəlib.

Fuad Mədətov
Fins.az

Chosen
2
8
fins.az

9Sources