EN

"Beşiktaş" bu futbolçu ilə maraqlanır

"Toronto"nun vingeri Lorenzo İnsinye Avropa klublarından birinin transfer hədəfinə çevrilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu 33 yaşlı "Napoli"nin sabiq futbolçusu ilə maraqlanır.

Tərəflər artıq potensial sövdələşməni müzakirə edirlər.

Futbolçunun "Toronto" ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Transfermarkt portalının mütəxəssisləri futbolçunun dəyərini 3 milyon avro qiymətləndirib.

İnsinye Torontoda 63 oyunda 18 qol vurub və 13 məhsuldar ötürmə edib.

Chosen
12
operativmm.az

1Sources