EN

31 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu - Video

Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotik vasitələr aşkarlanıb.

“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyatla narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən 31 yaşlı Leyla Musayeva saxlanılıb. Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Mənbə: qafqazinfo.az

Chosen
1
4
qafqazinfo.az

5Sources