Əgər bu, sülhə nail olmağın yeganə yoludursa, o zaman Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa hazıram.
İNFOAZ.WS xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.
“Əgər bu, yeganə konfiqurasiyadırsa, o zaman ukraynalılar üçün sülh əldə etmək və insanları itirməmək naminə biz buna gedəcəyik”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, Kreml rəhbəri ilə şəxsi əlaqə bu halda heç bir əhəmiyyət kəsb etmir:
“Onu düşmən hesab edirəm və düşünürəm ki, o da məni düşmən sayır”.