EN

Gürcüstanda 49 deputatın mandatı LƏĞV EDİLDİ

Gürcüstan parlamentin bu gün baş tutan sessiyasında 49 müxalif deputatın mandatına son verilib.

XəzərNews.az Gürcüstan mediasına istinadlaxəbər verir ki, qərar parlamentin sessiyasında keçirilən səsvermədə qəbul edilib.

Səsvermənin nəticəsini deputatlar alqışlarla qarşılayıblar.

Parlamentdə müxalif partiyalardan yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 mandatı qalıb. Bununla da 150 yerlik Gürcüstan parlamentində yalnız 101 deputat qalıb.

Qeyd edək ki, 26 oktyabr seçkilərinin nəticələrini tanımadığını bəyan edən müxalifət koalisiyaları parlamenti legitim hesab etmədiklərini bəyan ediblər.

"Vahid Milli Hərəkat", "Dəyişikliklər naminə Koalisiya" və "Güclü Gürcüstan"dan olan deputatlar ötən il oktyabrın 26-da keçirilmiş parlament seçkilərindən dərhal sonra parlamentə deputat səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması barədə ərizə ilə müraciət ediblər. Onlar öz qərarlarına hakimiyyətin seçkiləri saxtalaşdırdığını iddia etməklə izah veriblər.

Xəbər 28 dəfə oxunub.
Chosen
69
1
xezernews.az

6Sources