EN

Tramp: ABŞ "Qəzza zolağını götürməyə" hazırdır -VİDEO

ABŞ "Qəzza zolağını götürməyə" və bu anklavı təmizləməyə hazırdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

 

"ABŞ Qəzza zolağını götürəcək və biz onunla məşğul olacağıq. Biz ona sahib olacağıq və bütün təhlükəli, partlamamış bombaların və digər silahların zərərsizləşdirilməsi üçün məsuliyyət daşıyacağıq, ərazini təmizləyəcək, dağılmış binaları aradan qaldıracaq, orada yaşayan insanlar üçün sonsuz sayda iş yerləri və evlər yaratmağa imkan verəcək iqtisadi inkişafa töhfə verəcəyik", – Amerika lideri söyləyib.

 

"Kiminlə danışıramsa, ABŞ-ın bu torpaq parçasına sahib çıxması, onu tikməsi və minlərlə iş yeri yaratması fikrini dəstəkləyir", – Tramp vurğulayıb.

 

Onun fikrincə, "bununla bütün Yaxın Şərq fəxr edə biləcək".

Chosen
3
6
senzor.az

7Sources