İran televiziya kanalları bildiriblər ki, İran lideri Əli Xamenei “Hizbullah” terror təşkilatının baş katibi Nəim Qasımı Livandakı nümayəndəsi təyin edib. Kanallar daha ətraflı məlumat verməyiblər.
Sentyabrın 27-də İsrail “Hizbullah”ın hədəflərinə hava hücumlarını gücləndirdiyi bir vaxtda 30 ildən çox terror təşkilatının baş katibi vəzifəsində çalışmış Həsən Nəsrullah qrupun yüksək hərbi komandirləri ilə birlikdə öldürülüb. Bu hücum qruplaşmaya ağır zərbə vurub.
Oktyabrın 29-da qrup o zaman baş katibin müavini vəzifəsini icra edən Naim Qasımın terror təşkilatının baş katibi seçildiyini açıqlamışdı.