EN

Mikayıl Cabbarov LEGIS Hüquq Forumunda iştirak edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov LEGIS Hüquq Forumunda iştirak edib.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Mikayıl Cabbarov qeyd edib ki, Forumda biznes fəaliyyətinin stimullaşdırılması, dövlət müəssisələrinin səmərəli idarə olunması və dövlət-özəl tərəfdaşlığı barədə fikirlər bölüşülüb.

“Forum qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin dəyərləndirilməsi və məlumat mübadiləsi üçün əhəmiyyətli platforma oldu”, nazir bildirib.


Müəllif: Mirvari Əzizova
Chosen
3
teleqraf.com

1Sources