EN

Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq istəyəcək

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun əslində kişi olduğunu iddia edən jurnalist Nataşa Rey gələn həftə Rusiyadan siyasi sığınacaq üçün müraciət edəcək...

Poliqon xəbər verir ki, bu barədə onun vəkili Fransua Danqlin RİA Novosti ilə söhbətində məlumat verib.

Müdafiəçinin sözlərinə görə, onun müvəkkili bunu Rusiyanın Parisdəki səfirliyi vasitəsilə edəcək. Vəkilin dediyi kimi, Rusiya Edvard Snoudenə siyasi sığınacaq verdiyinə görə, jurnalist inanır ki, Moskva onun üçün də yeni addımı atmağa razılıq verəcək.

O, həmçinin qeyd edib ki, Rey saxta məhkəmənin qurbanı olub.

Fevralın 3-də Danqlin deyib ki, Rey Dövlət Dumasının deputatı Pyotr Tolstoydan Rusiya Federasiyasında siyasi sığınacaq istəyib, çünki o, Bricit Makronla bağlı apardığı araşdırmaya görə Fransada qanuni təqiblərlə üzləşib. Reyin sözlərinə görə, Fransa liderinin həyat yoldaşının kişi doğulduğu iddia edilir. Jurnalist iddia edib ki, Jan-Mişel Trogneux (Bricitin qardaşı) Fransanın birinci xanımının doğum adıdır. İddiaya görə, o, Katerin Ozieres (Andre-Louis Ozieres Bricitin ilk əri idi) ilə evlənib və evlilikdən üç uşaq dünyaya gəlib.

Poliqon.info

Chosen
48
1
poliqon.info

7Sources