EN

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

Bakı, 5 fevral, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə fevralın 8 və 9-da əlavə qatar reysləri təyin edir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Chosen
12
49
azertag.az

10Sources