Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, ilk qarşılaşmada “Kəpəz” Tovuzda “Neftçi”ni qəbul edib. Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. "Ağ-qaralar"ın heyətində Ağadadaş Salyanski və Yuri Matias fərqlənib.
Günün digər matçında “Sabah” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Zirə” və “Səbail” – “Qarabağ” oyunları sabah keçiriləcək.
Bu mərhələnin cavab qarşılaşmaları isə fevralın 27-də və 28-də baş tutacaq.
Azərbaycan Kuboku: 1/4 final, ilk oyunlar
5 fevral