EN

Rusiyada avtomobil ehtiyat hissələri mağazası yanıb - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində avtomobil ehtiyat hissələri mağazası 300 kv. m sahədə yanıb.

Qaziler.az bildirir ki, bu barədə fevralın 5-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Yekaterinburqda Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri avtomobil hissələri mağazasında baş verən yanğını söndürürlər", - idarənin Telegram-dakı paylaşımında deyilir.

Yanğın Saraninski zolağında 300 kvadratmetr ərazini əhatə edib. Bildirilir ki, yanğının söndürülməsi üçün 18 yanğınsöndürən və altı texnika işləyir.

Ölən və yaralananlar barədə məlumat verilmir.

QAZİLER.AZ 

Chosen
19
21
qaziler.az

10Sources